Türkiyədə sərnişin avtobusu aşdı: 11 yaralı

Türkiyədə sərnişin avtobusu aşdı: 11 yaralı backend

Türkiyənin Kırklareli vilayətində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər xəsarət alıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İstanbuldan Bolqarıstana getmək üçün yola çıxan Halit Karasunun idarə etdiyi sərnişin avtobusu Dereköy Sərhəd Qapısına 50 kilometr qalmış Kavaklı qəsəbəsinin Koru bölgəsində yoldan çıxaraq aşıb.

Sürücü də daxil olmaqla 11 nəfərin yaralandığı qəzaya görə hadisə yerinə çoxlu polis, xilasedicilər və sağlamlıq qrupları sövq edilib.

Yaralılar gələn sağlamlıq qrupları tərəfindən ətraf xəstəxanalara çatdırılıb.

Kırklareli valisi Birol Ekici, Kırklareli bələdiyyə şaşçısı Derya Bulut, vilayət jandarma komandiri Polkovnik Cemalettin Akyüz bölgəyə gəliblər.

QAZİLER.AZ

 

Diaspora