Krımda Qələbə günü paradı ləğv edilib

Krımda Qələbə günü paradı ləğv edilib backend

Krım hakimiyyəti Qələbə Günündə parad və “Ölməz alay” keçirməmək qərarına gəlib.

Qaziler.az bildirir ki, Krım hakimiyyəti Qələbə Günü münasibətilə builki hərbi parad və “Ölməz alayın” yürüşünü ləğv etmək qərarına gəlib. Bu barədə aprelin 19-da respublikanın rəhbəri Sergey Aksenov məlumat verib.

Onun sözlərinə görə, parad təhlükəsizlik baxımından planlaşdırılmayıb. "Bununla belə, yarımadanın sakinləri veteranlara ehtiram göstərə və başqa formatlarda keçirilən bayram tədbirlərində həlak olanların xatirəsini ehtiramla yad edə biləcəklər”, - deyə Aksenov əlavə edib.

"Bir sözlə, Krım Qələbə Gününü ləyaqətlə qeyd edəcək", - deyə region rəhbəri öz Telegram kanalında vurğulayıb.

Rusiyanın bir sıra regionları eyni səbəbdən mayın 9-da keçiriləcək hərbi paradları ləğv etmək qərarına gəlib. Belə ki, Kursk vilayətinin qubernatoru Roman Starovoyt bir gün əvvəl öz Teleqram kanalında yazıb ki, həmin gün bütün kütləvi aksiyalar ləğv olunacaq, lakin sakinlər Əbədi məşəl önünə gül dəstələri düzəcək, anım mitinqləri onlayn rejimdə keçiriləcək.

QAZİLER.AZ

Diaspora