FETÖ üzvü olan keçmiş polis rəisi evindəki gizli keçiddə yaxalanıb

FETÖ üzvü olan keçmiş polis rəisi evindəki gizli keçiddə yaxalanıb backend

Türkiyənin Kayseri şəhərində FETÖ üzvü olduğu üçün axtarışda olan keçmiş polis rəisi gizləndiyi evdəki gizli keçiddən qaçmaq istəyərkən yaxalanıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Vilayət Təhlükəsizlik Müdirliyindən verilən açıqlamaya görə, Kəşfiyyat Şöbəsi Müdirliyi, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi və qrupları FETÖ üzvü olduğu iddiası ilə haqqında həbs qərarı çıxarılan polis rəisi Ş.Ü-nin gizləndiyi ünvanı müəyyən edib. 

Ünvanda həyata keçirilən əməliyyat zamanı Ş.Ü evinin bir divarından dama açılan gizli keçiddən qaçmaq istəyərkən yaxalanıb.

Şübhəli şəxs barəsində polis tərəfindən əməliyyatlar davam etdirilir.

QAZİLER.AZ

Diaspora