Rusiya-Ukrayna müharibəsində ilk dəfə Tu-22M3 bombardmançı təyyarəsi vurulub.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general-leytenant Nikolay Oleşuk bildirib.
O qeyd edib ki, bu təyyarə Rusiya hərbi aviasiyasının Ukraynanın dinc şəhərlərinə hücum etmək üçün istifadə etdiyi Kh-22 qanadlı raketləri ilə təchiz olunur.
General xatırladıb ki, Rusiya ötən gecə müxtəlif profilli raketlər və pilotsuz uçuş aparatları ilə Ukrayna ərazisinə hücum həyata keçirib:
“Qarşı tərəf ümumilikdə 36 hava hücumu vasitəsindən - 22 müxtəlif tipli raketlərdən və 14 zərbə dronundan istifadə edib”.