Ukrayna və Çexiya təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlara başlayıb

Ukrayna və Çexiya təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlara başlayıb backend

Ukrayna Çexiya ilə təhlükəsizlik zəmanətləri haqqında saziş üzrə danışıqlara başlayıb. Sənəd hərbi sənaye kompleksində əməkdaşlığı nəzərdə tutacaq.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Danışıqların birinci raundunu Ukrayna Prezidentinin Aparat rəhbərinin müavini İqor Jovkva aparıb. Çexiya tərəfini Çexiya Xarici İşlər Nazirliyinin təhlükəsizlik və çoxtərəfli əlaqələr üzrə baş direktoru David Konetski təmsil edib.

Jovkva qeyd edib ki, Çexiya Ukraynanı dəstəkləməkdə liderlik nümayiş etdirir və digər ölkələri cəsarətli və mühüm təşəbbüsləri həyata keçirməyə cəlb edir, o cümlədən ordumuzu sursatla təmin edir: "Praqa ölkəmizi Avropa İttifaqı və NATO-ya qəbul məsələlərində də dəstəkləyir".

İki ölkə prezidentlərinin yaxın vaxtlarda saziş imzalaya bilməsi üçün gələcək danışıqların qrafiki də razılaşdırılıb.

QAZİLER.AZ

Diaspora