"Pəncə-Kilit"dəki kilid bu yay bağlanacaq

"Pəncə-Kilit"dəki kilid bu yay bağlanacaq backend

Türkiyə Milli Müdafiə Nazirliyi bu yay "Pəncə-Kilit"dəki kilidin bağlanacağını və gözlənilməz, qeyri-adi və sürətli əməliyyatların PKK-nın reaksiya verə bilməyəcəyi şəkildə davam edəcəyini açıqlayıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Milli Müdafiə Nazirliyinin həftəlik mətbuat brifinqi keçirilib.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin hər cür təhdid və təhlükəyə qarşı mübarizəsini artan təsir və sıx təzyiqlərlə davam etdirdiyi vurğulanıb.

Bölgədəki əməliyyatların 7/24 sürətini azaltmadan davam etdiyi bildirilən açıqlamada "Prezidentimizin və nazirimizin daha əvvəl dediyi kimi, bu yay Pəncə-Kilitdəki kilid bağlanacaq. Nazirimiz isə bu kilidi bağlayarkən işləyəcəyimiz prinsipləri izah edib. Gözlənilməz, qeyri-adi və sürətli əməliyyatlar elə davam edəcək ki, PKK reaksiya verə bilməyəcək”, - deyə bildirilib.

QAZİLER.AZ

Diaspora