Tacikistan hakimiyyəti cadugərlər, falçılar, ara həkimləri, amulet və talisman istehsalçıları adı altında dələduzluqla məşğul olan şəxsləri altı aya qədər məcburi əməyə cəlb etmək istəyib.
Qaziler.az bildirir ki, bu barədə TASS xəbər verir.
Nəşrdən verilən məlumata görə, bunun üçün hazırda cinayət və inzibati qanunvericiliyə dəyişikliklər tələb olunacaq, özünü şəfaçı və cadugər kimi təqdim edən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Onlar xüsusi yaradılmış reyestrə daxil ediləcəklər.
Bu cür hərəkətlər artıq ölkənin inzibati qanunvericiliyi ilə birinci pozuntuya görə 330 dollar, ikinci pozuntuya görə isə 660 ABŞ dolları məbləğində cərimə şəklində cəzalandırılır.
QAZİLER.AZ