Türkiyənin Tokat şəhərində Sulusaray rayonunda 5,6 bal gücündə zəlzələ baş verib.
AFAD Rəyasət Heyətinin saytında yer alan məlumata görə, saat 18.11-də episentri Sulusaray rayonu olan 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 5,99 kilometr dərinlikdə yerləşdiyi müəyyən edilib. Zəlzələ ətraf əyalətlərdə də hiss olunub.
AFAD zəlzələ ilə bağlı gedişatı izlədiklərini açıqlayıb.
Tokat valisi Numan Hatipoğlu mərkəzi Sulusaray rayonunda baş verən zəlzələdən sonra açıqlama verib.
Hatipoğlu: "Bütün vətəndaşlarımıza keçmiş olsun diləklərimizi çatdırırıq. Komandalarımız vəziyyəti qiymətləndirir. Lazım olan çalışmalara başladıq" - dedi.
QAZİLER.AZ