Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin birinci oxunuşda qəbul etdiyi xarici agentlər haqqında qanun layihəsinə veto qoymaq qərarına gəlib.
Qaziler.az bildirir ki, bu barədə "Sputnik Ближнее зарубежье Telegram kanalı məlumat yayıb.
Dövlət başçısı qanun layihəsi üçüncü oxunuşda deputatlar tərəfindən qəbul olunarsa, ona veto qoyacağını vəd edib.
Xatırladaq ki, etirazlara baxmayaraq Gürcüstan parlamenti hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda dəstəkləyib.
Parlamentin 83 deputatı qanun layihəsinin lehinə səs verib.
QAZİLER.AZ