"Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) keçmiş döyüşçüləri Buryatiya qubernatoru Aleksey Tsıdenovun qəbulunda olublar.
Qaziler.az bildirir ki, Tsydenov özü Telegram kanalında "vaqnerçi"lərlə görüşü haqda paylaşım edib.
Qubernatorun mətbuat xidmətinin yaydığı kadrlardan görünür ki, hərbçilərin geyimlərinə “Za Maksa” şevronları yapışdırılıb.
Buryatiya rəhbərinin dediyinə görə, "vaqnerçi"lər onun yanına sənədləşmə və tibbi yardım almaqla bağlı sualla gəliblər.
“Prosesləri sürətləndirməyə çalışacağıq. Səhiyyə Nazirliyi müalicəyə kömək edəcək. İstənilən halda biz həmyerlilərimizə dəstək olmaq üçün imkanlar axtarmağa davam edəcəyik”, - Tsıdenov bildirib.
QAZİLER.AZ