"Türk Ulduzları" aprelin 23-də Antalyada çıxış edəcək

"Türk Ulduzları" aprelin 23-də Antalyada çıxış edəcək backend

Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” akrobatika komandası 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı qeyd etmələri çərçivəsində Antalya səmasında nümunəvi uçuş həyata keçirəcək.

Qaziler.az bildirir ki, TRT-Haber məlumat yayıb.

Antalya Böyükşəhər Bələdiyyəsindən verilən açıqlamaya görə, 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı çərçivəsində şəhərdə müxtəlif tədbirlər keçiriləcək.

Bayram proqramı çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinin akrobatika komandası “Türk Ulduzları” 23 aprel çərşənbə axşamı saat 16.00-da Antalya səmasında çıxış edəcək. Konyaaltı çimərliyində keçiriləcək Türk Ulduzları şousu 23 Aprel qeyd etmələrinə rəng və həyəcan qatacaq.

QAZİLER,AZ

Diaspora