Türkiyənin 7 vilayətində İŞİD terror təşkilatına qarşı eyni vaxtda həyata keçirilən "BOZDOĞAN-26" əməliyyatlarında 20 şübhəli ələ keçirilib.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber-ə xəbər yayıb.
Türkiyə daxili işlər naziri Əli Yerlikaya sosial media hesabından verdiyi açıqlamada, son terrorçu zərərsizləşdirilənə qədər Türkiyənin sülh, birlik və həmrəyliyi uğrunda mübarizələrinin qətiyyətlə davam edəcəyini bildirib.
Yerlikaya qeyd edib ki, bu çərçivədə Təhlükəsizlik Kəşfiyyat Baş İdarəsi və Terrorla Mübarizə İdarəsinin koordinasiyasında İstanbul, Çorum, Elazığ, Əskişəhər, İzmir, Kilis və Trabzonda DEAŞ-a qarşı eyni vaxtda “Bozdoğan-26” əməliyyatları təşkil edilib.
Əməliyyatlar nəticəsində İstanbulda 11, Çorumda 3, İzmirdə 2, Elazığ, Əskişəhər, Kilis və Trabzonda isə 1 şübhəlinin nəzarətə alındığı barədə məlumatı paylaşan Yerlikaya: "Əməliyyatları həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm. Allah ayağınıza daş dəyməsin. Millətimizin duaları sizinlədir", - dedi.
QAZİLER.AZ