İrəvanda Ermənistan Müdafiə Nazirliyinin (MN) keçmiş binası partladılıb.
“Report” xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.
Partladılan ərazidə Dövlət Gəlirləri Komitəsi üçün inzibati binanın inşası və xarici iqtisadi fəaliyyət mərkəzinin yaradılması planlaşdırılır.