Abxaziyada rusiyalı turistləri daşıyan avtobus qəzaya uğrayıb

Abxaziyada rusiyalı turistləri daşıyan avtobus qəzaya uğrayıb backend

Abxaziyanın Suxumi rayonunun Açadara kəndində Rusiyadan gələn turistləri daşıyan ekskursiya avtobusu qəzaya uğrayıb. Avtobus minik avtomobili ilə toqquşub. Avtobusda olan 3 sərnişin və avtomobilin sürücüsü xəsarət alıb.

Qaziler.az bildirir ki, bu barədə aprelin 16-da yerli Dövlət Yol Müfəttişliyinin rəis müavini Astamur Taniyaya istinadən "Apsnıpress" agentliyi məlumat yayıb.

“Açadərə kəndində “BMW” markalı avtomobilin sürücüsü qarşıdan gələn zolağa çıxaraq avtobusa çırpılıb", - o, bildirib.

Rəsmi şəxs sürücünün reanimasiyada olduğunu, lakin həyatı üçün təhlükə olmadığını da qeyd edib. Avtobusda olan 3 sərnişin xəstəxanaya yerləşdirilib, onlara lazımi yardım göstərildikdən sonra evə buraxılıblar.

QAZİLER.AZ

Diaspora