Qırmızı bülletenlə axtarışda olan qazaxıstanlı İstanbulda saxlanıb - VİDEO

Qırmızı bülletenlə axtarışda olan qazaxıstanlı İstanbulda saxlanıb - VİDEO backend

İstanbulda keçirilən “Mahzen-27” əməliyyatı zamanı dələduzluq maddəsi ilə İnterpolun qırmızı və iki sarı bülletenlə axtarışda olan Qazaxıstan əsilli Nurlan Jarımbetov tutulub.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Təhlükəsizlik, Kəşfiyyat və Qaçaqçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi koordinasiyasında; İstanbul Vilayət Təhlükəsizlik Müdirliyi KOM Şöbə Müdirliyi tərəfindən axtarılan şəxslərlə bağlı işlər davam edir.

Daxili İşlər Naziri Ali Yerlikaya Qazaxıstan tərəfindən "fırıldaqçılıq və oğurluq" cinayətlərindən qırmızı və sarı bülletenlə axtarışda olan Nurlan Jarımbetovun İstanbulda keçirilən "Mahzen-27" əməliyyatı ilə tutulduğunu açıqlayıb.

Yerlikaya bunu sosial media hesabında yazıb.

“Əziz xalqımızın bilməsini istəyirəm ki, hansı böyüklükdə olursa olsun, hansı bülletenlə aranırsa aransın, xalqımızın dincliyini pozan beynəlxalq mütəşəkkil cinayətkar təşkilatların və zəhər tacirlərinin nəfəs almasına imkan verməyəcəyik.  Əməliyyatı həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm. Allah ayağınıza daş dəydirməsin. Millətimizin duaları sizinlədir”.

QAZİLER.AZ

 

Diaspora