Gürcüstanda parlament binası ətrafında vəziyyət gərginləşib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, binanı mühasirəyə almaq istəyən etirazçılarla polis arasında bir neçə dəfə qarşıdurma yaranıb, hüquq-mühafizə orqanlarının əməkdaşlarına su şüşələri atılıb.
Polis 10-dək aksiya iştirakçısını saxlayıb, əraziyə çox sayda xüsusi təyinatlı polis qüvvələri cəlb edilib.
Asayiş keşikçiləri iştirakçılara su şırnağı ilə müdaxilə edib.