Muğlanın Fethiye rayonu sahillərində Yunanıstan tərəfindən geri qytarılan və batan xilasedici salda olan 13 qanunsuz miqrant xilas edilərək sahilə çıxarılıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, Yunanıstan tərəfindən mahal sahillərində Türkiyə ərazi sularına sıxışdırılan və içərisində miqrantların olduğu xilasedici salın batması xəbəri üzərinə bölgəyə dərhal Sahil Mühafizə gəmisi göndərilib.
Qanunsuz miqrantlar Sahil Mühafizəsinin əməkdaşları tərəfindən xilas edilib.
Qruplar tərəfindən yarı batmış vəziyyətdə tapılan xilasedici saldan və dəniz səthindən biri uşaq olmaqla 13 qeyri-qanuni miqrant sahilə çıxarılıb.
QAZİLER.AZ