Aprelin 15-də axşam saatlarında Rusiya növbəti dəfə “Şahed” kamikadze-dronlarını Ukrayna ərazisinə buraxıblar.
Qaziler.az bildirir ki, bu barədə UkraynaHərbi Hava Qüvvələrinin və Cənub Müdafiə Qüvvələrinin Teleqramında məlumat verilib.
Hərbçilərin məlumatına görə, Rusiya pilotsuz təyyarələrinin iki qrupu Xerson vilayətinin şimalında görünüb.
Onlardan biri Dnepropetrovsk vilayətinə, ikincisi isə Nikolaev vilayətinin şimalına, şimal-qərbə doğru uçur.
Eyni zamanda, Cənub Müdafiə Qüvvələri pilotsuz təyyarələrdə döyüş işlərinin getdiyinə də aydınlıq gətirib. Hərbçilər mülki insanları sığınacaqlarda qalmağa və hava hücumundan müdafiə qüvvələrinin işinə mane olmamağa çağırıb.
QAZİLER.AZ