Ukrayna prezidenti Vladimir Zelenski aprelin 15-də Norveçin xarici işlər naziri Bart Eyde ilə görüşüb.
Görüşdə təhlükəsizlik sazişinin imzalanmasına hazırlıq, müdafiə sahəsində əməkdaşlıq və Ukrayna hava hücumundan müdafiə sisteminin gücləndirilməsi məsələlərini müzakirə edilib.
Qaziler.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ukrayna dövlət başçısının Teleqramında bildirilib.
Zelenskinin sözlərinə görə, görüş mənalı və praktik olub.
“Bizim komandalarımız ikitərəfli təhlükəsizlik sazişinin hazırlanmasını başa çatdırıblar. Biz gələcək müdafiə sahəsində əməkdaşlığı müzakirə etdik. Amma ən əsası hava hücumundan müdafiəmizi gücləndirməkdir. Mən Norveçə dəstək və Ukraynanın ehtiyaclarını başa düşdüyünə görə minnətdaram!”, - Zelenski qeyd edib.
QAZİLER,AZ.