Moskvanın mərkəzində bıçaqlı şəxs 74 yaşlı qadına hücum edib, nəvəsini döyüb

Moskvanın mərkəzində bıçaqlı şəxs 74 yaşlı qadına hücum edib, nəvəsini döyüb backend

Rusiyanın paytaxtı Moskvanın mərkəzində Sadovaya-Kudrinskaya küçəsində gənc avtobus dayanacağında 74 yaşlı qadına bıçaqla hücum edib, daha sonra onun 25 yaşlı nəvəsini vurub.

Qaziler.az bildirir ki, Moskva prokurorluğunun Telegram kanalında verdiyi məlumata görə, cinayətkar saxlanılıb.

TASS-a Rusiya Daxili İşlər Nazirliyinin paytaxtın Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu faktla bağlı cinayət işi açılıb.

Hadisə  Sadovaya-Kudrinskaya küçəsində yerləşən ictimai nəqliyyat dayanacağında baş verib. Əlində bıçaq olan 23 yaşlı gənc oğlan tanımadığı qadına yaxınlaşaraq onu öldürməklə hədələyib. Daha sonra nəvəsinin başına vurub.

“Hazırda həmin şəxsə qarşı ittiham irəli sürülüb. Yaxın vaxtlarda məhkəmə həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxacaq”, - deyə məlumatda bildirilir.

Bundan əlavə, kişi psixoloji və psixiatrik müayinədən keçəcək.

QAZİLER.AZ

Diaspora