Ərdoğan Qətər Əmiri ilə telefonla danışıb

Ərdoğan Qətər Əmiri ilə telefonla danışıb backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə telefon danışığı aparıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, görüşdə Türkiyə ilə Qətər münasibətləri, qlobal və regional problemlər, İsrailin Qəzzadakı əməliyyatları və humanitar vəziyyət müzakirə edilib.

"Prezident Ərdoğan görüş zamanı bildirib ki, İsrailin hücumlarının dayandırılması və törətdiyi insanlığa qarşı cinayətlərin cəzalandırılması üçün İslam dünyasının birlik içində səylərini artırması lazımdır.

Prezident Ərdoğan, bölgədə gərginliyin yayılmasının qarşısını almaq üçün İsraili mümkün qədər tez cilovlamaq və sağlam düşüncə ilə hərəkət etməyin həyati vacib olduğunu bildirib", - məlumatda deyilir.

Prezident Ərdoğan və Qətər Əmiri Al Sani bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər.

QAZİLER.AZ

Diaspora