Qaziantepdə jandarma qrupları tərəfindən həyata keçirilən əməliyyat zamanı ölkəyə qeyri-qanuni yollarla daxil olduğu müəyyən edilən və terror aktı törətməyə qadir olduğu müəyyən edilən terror təşkilatı PKK/KCK-PYD/YPG üzvü yaxalanıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Qaziantep vilayət Jandarma Komandanlığı qrupları terror təşkilatları və onlarla işbirlikçilərinin fəaliyyətlərinin aşkara çıxarılması və qarşısının alınması istiqamətində iş aparıb.
Kəşfiyyat araşdırmaları nəticəsində ölkəyə qeyri-qanuni yollarla daxil olaraq terror aktı törətdiyi hesab edilən və 2017-2018-ci illər arasında Suriyada PKK/KCK-PYD/YPG terror təşkilatı tərkibində silahlı fəaliyyətlə məşğul olduğu müəyyən edilən A.A. . adlı əcnəbi vətəndaşın gizləndiyi yer müəyyən edilib.
Qaziantep Respublika Prokurorluğunun koordinasiyasında Şehitkamil rayonunda gizləndiyi ünvanda keçirilən əməliyyatla şübhəli jandarm qrupları tərəfindən yaxalanıb.
Terrorçuluqda şübhəli bilinən şəxs həbs edilib.
QAZİLER,AZ