Tehranın "MONTAJ OYUNU": İran dünyanı belə aldadır

Tehranın "MONTAJ OYUNU": İran dünyanı belə aldadır backend

İsrail Xarici İşlər Nazirliyi İran televiziyasını gecə hava hücumu cəhdi ilə bağlı saxta təbliğat yaratmaqda ittiham edib.

QAZILER.AZ   Publika.az-a istinaden bildirir ki, İranın dövlət televiziyası olan IRINN-in böyük yanğının görüntülərini əks etdirən reportajına istinad edilir. Televiziya şirkətinin təqdim etdiyi kadrlarda böyük yanğının baş verdiyi əks olunur.

Lakin İsrail XİN bildirib ki, bunlar ötən gecə edilən hücumun görüntüləri deyil, bu ilin fevralında Çilidə baş verən meşə yanğınları zamanı lentə alınıb.

Xatırladaq ki, İrandan İsrailə hücum təxminən üç yüz PUA, qanadlı və ballistik raketlərdən istifadə etməklə həyata keçirilib.

İDF aprelin 14-də səhər saatlarında bildirib ki, hava hədəflərinin 99%-i məhv edilib. Onların əksəriyyəti ölkə ərazisinə yaxınlaşanda vurulub.

Tehran əməliyyat zamanı “bütün məqsədlərə nail olunduğunu” və hücumun başa çatdığını bildirib.

Diaspora