İran gərginliyi artırmaq istəmədiyini bəyan etdi

İran gərginliyi artırmaq istəmədiyini bəyan etdi backend

İran BMT Təhlükəsizlik Şurasına məktub ünvanlayıb.

QAZILER.AZ  Publika.az-a  istinadən xəbər verir ki, məktubda Tehranın BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünü müdafiə etmək hüququndan istifadə etdiyi, İsrailin 1 apreldəki hücumuna cavab verdiyi bildirilib. Qeyd edilib ki, İran BMT-nin məsuliyyətli üzvü olaraq beynəlxalq hüququn məqsəd və prinsiplərinə sadiqdir, bölgədə gərginliyi və qarşıdurmanı artırmağa çalışmır.

Xatırladaq ki, İran İsrailin Dəməşqdəki diplomatik məkanlarına silahlı hücumu və 7 yüksək səviyyəli müşavirinin həlak olmasından sonra aprelin 13-də İsrailin hərbi obyektlərinə hücum əməliyyatı həyata keçirib.

Diaspora