Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinlə bağlı Roma Papası I Fransiskə məktub göndərib.
QAZILER.AZ APA-ya istinaden verdiyi xəbərə görə, məktubda Qəzzada beynəlxalq və humanitar hüququn pozulmasına artıq icazə verilməməyinin vacibliyi vurğulanıb:
“Bəşəriyyət müharibədə toxunulmaz statusuna malik xəstəxanaların, məktəblərin, məscidlərin və kilsələrin məqsədli şəkildə bombalanmasına qarşı səsini ucaltmalıdır. Fələstin-İsrail məsələsi ədalətli həll olunmadan Yaxın Şərqdə daimi sülh və sabitliyin bərqərar olması mümkün deyil. Müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin Dövlətinin 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olmaqla, yaranması və beynəlxalq birliyin bərabərhüquqlu üzvü kimi qlobal sistemdə öz yerini tutması vacibdir”.