Türkiyənin “Baykar” şirkəti iddialar haqqında yayılan yalan, böhtan və təhriflərə qarşı bəyanat verib.
QAZILER.AZ Publika.az-a istinaden bəyanatı teqdim edir:
“Dünyanın ən böyük İHA ixracatçısı olan “Baykar”ın hazırda imzaladığı müqavilələrin 97,5 faizi ixraca əsaslanır. Əvvəldən bütün layihələrini öz qaynaqları ilə həyata keçirən “Baykar” 2003-cü ildə İHA Ar-Ge prosesinin başladığı gündən bu yana bütün gəlirlərinin 83 faizini ixracdan əldə edib.
Bu sahədə dünyada bu qədər yüksək nisbətdə gəliri ixracdan gələn oxşar müdafiə sənayesi təşkilatı yoxdur. Hətta texnologiya şirkətlərində belə bir şey tapmaq çətindir. Qlobal texnologiya şirkətləri arasında belə ixrac uğurunun nümunələri azdır.
“Baykar” xaricə ixrac fəaliyyətlərində ABŞ, İsrail və Çin şirkətləri ilə rəqabət aparıb və rəqabətdə onları geridə qoyub. İndiyədək 34 ölkəyə yüksək texnologiya ixrac edib.
“Baykar”ın yalnız bir fəaliyyət sahəsi var, o da pilotsuz uçan aparat texnologiyalarının milli inkişafı və istehsalıdır”.
Bəyanatda təyyarə yanacağı, neft, benzin, dizel məsələlərinə də toxunulub:
“Bizim heç vaxt yanacaq biznesimiz olmayıb. Biz bütün layihələrimizi 100 faiz öz resurslarımızla maliyyələşdiririk. İxracdan qazandığımızı layihələrimizə yatırmaqla böyüyürük”.