Ukrayna əks-hücum planı hazırlayıb. Bunun üçün zəruri şərt silahların olmasıdır.
Qaziler.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Bild-ə müsahibəsində deyib.
Ukraynanın dövlət başçısı əmin olduğunu bildirib ki, Ukrayna hələ də Rusiyanı məğlub edə bilər. Bunun üçün ona müasir silahlar lazımdır.
"Bəli, Rusiyanın daha çox insanı, daha çox silahı var. Amma Qərbin müasir silah sistemləri var. Ona görə də biz müəyyən texnologiyalar alacağıq", - Zelenski vurğulayıb.
Onun sözlərinə görə, əgər Ukrayna hasilatı artırmağa davam edərsə və tərəfdaşlarından lisenziya alarsa, o zaman “məsələ insanların sayında deyil, silahların keyfiyyətindən olacaq”.
Zelenski Ukraynanın əks-hücum əməliyyatı mövzusuna da toxunub.
“Bəli, bizim əks-hücum planımız var” deyən Ukrayna lideri ölkənin silahlara, o cümlədən ABŞ-dan alınacaq silahlara ehtiyac duyduğunu vurğulayıb.
RBK-Ukrayna
QAZİLER,AZ