Baltik dənizində Rusiya gəmisində baş verən yanğını Ukrayna törədib - Bloomberg

Baltik dənizində Rusiya gəmisində baş verən yanğını Ukrayna törədib -  Bloomberg backend

Ukrayna hərbi kəşfiyyatı Baltik dənizində Rusiya donanmasının raketdaşıyıcısına hücumun məsuliyyətini üzərinə götürüb.

Qaziler.az bildirir ki, bu barədə Bloomberg xəbər verir.

Nəşrin məlumatına görə, əməliyyatla tanış olan məmur bildirib ki, əməliyyat Kiyevin cəbhə xəttindən uzaqda Kreml qüvvələrinə zərbə endirmək səyidir.

Bu hücum Ukrayna qoşunlarının Rusiyanın Kalininqrad ərazisinə ilk hücumudur.

Adının açıqlanmasını istəməyən rəsmi bildirib ki, hücumu Ukrayna agentləri həyata keçirib. Lakin nə Rusiya hərbçiləri, nə də Kreml rəsmiləri bu hadisəni qeyd etməyiblər.

RBK-Ukrayna

QAZİLER.AZ

Diaspora