Rusiya Ukraynada mülki infrastruktura hücumlarını dayandırmır.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, aprelin 9-da Rusiya ordusu Donetsk vilayətinin Konstantinovka şəhərinə aviazərbələr endirib.
Hücum nəticəsində azı bir nəfər ölüb, üç nəfər yaralanıb.
Bu barədə Donetsk hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin Telegram-da və Dövlət Fövqəladə Hallar Xidmətinin xilasediciləri məlumat verib.
Qeyd olunur ki, xilasetmə əməliyyatları davam edir, ona görə də qurbanların sayının artacağı istisna edilmir.
İlkin məlumata görə, evlərdən birinin dağıntıları altında 1-i uşaq olmaqla daha 2 nəfər ola bilər.
“Ümumilikdə, bombardman nəticəsində 27 fərdi yaşayış evi, 3 hündürmərtəbəli bina, 2 infrastruktur obyekti və bir inzibati bina zərər görüb”, - deyə hərbi administrasiya rəhbəri bildirib.
QAZİLER.AZ