Rusiya Milli Qvardiyasının avtomobili Moskvanın mərkəzində ağır qəza törədib.
Qaziler.az bildirir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.
Telekanalın məlumatına görə, Milli Qvardiya üzvlərinin olduğu avtomobil Bolşaya Lubyankada taksi ilə toqquşmadan yayınarkən qəzaya uğrayıb. Xüsusi avtomobil səkiyə çıxıb, orada 50 yaşlı qadını vurub, daha sonra dirəyə çırpılıb.
Zərərçəkmişə tibbi yardım göstərilir.
QAZİLER,AZ