Rusiya aprelin 8-də aviasiyanın köməyi ilə Sumiyə hücum edib. Hücumun hədəfi mülki infrastruktur olub.
Qaziler.az bildirir ki, bu barədə Sumı Regional Hərbi Administrasiyası "Teleqram"da məlumat yayıb.
"Saat 15:00-dan sonra ruslar Suminin mülki infrastrukturuna hava zərbəsi endiriblər", - departamentin açıqlamasında deyilir.
Hərbi administrasiya qeyd edib ki, rusiyalı işğalçıların hücumunun nəticələri araşdırılır.
Departament yerli sakinləri diqqətli və ayıq olmağa, hava hücumu zamanı sığınacaqlara getməyə çağırıb.
QAZİLER.AZ