"Çayka" adlı ən uzunömürlü at Saxalində 50 illik yubileyini qeyd edib.
Qaziler.az bildirir ki, bu barədə ASTV.ru məlumat yayıb.
"Çayka"nın hazırda yaşadığı tövləonun yubiley şənliyinə hazırlanıb. Bundan əlavə, onun üçün sevimli sıyıqdan alma və yerkökü ilə tort hazırlanıb. Sonra ona klassik çiçəklər əvəzinə meyvə kompozisiyaları verilib..
Uzunömürlü atın saxlandığı təşkilatın rəhbəri Tatyana Ulanovanın sözlərinə görə, "Çayka" gəncliyində araba sürərək müxtəlif tövlələrdə müxtəlif sahibləri ilə yaşayıb. Sonuncu sahibi, "Çayka"nın qocalması səbəbindən (onlar o vaxt atın təxminən 25 yaşında olduğuna inanırdılar) onu ət emalı zavoduna təhvil vermək istəyiblər. Ulanova bu yerdən “qoca atı” götürərək öz tövləsinə qatıb.
Daha sonra Ulanova "Çayka"nın ilk sahiblərini də tapıb. Məlum oldu ki, "Voentorq" atı onlara 1979-cu ildə satıb. Bundan əlavə, məlum oldu ki, o zaman "Çayka" beş yaşında olub. Belə ki, at Ulanovanın tövləsinə təxminən 40 yaşı olanda gəlib.
ASTV.ru yazır ki, Çayka Ginnesin Rekordlar Kitabına düşə bilər.
QAZİLER.AZ