Daşqınlar: 76 mindən çox qazaxıstanlı xilas edilib

Daşqınlar: 76 mindən çox qazaxıstanlı xilas edilib backend

Qazaxstan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Hərbi Birliklər Komitəsinin yüksək rütbəli zabiti Erasıl Saypaş insanların daşqınlardan xilas edilməsi ilə bağlı statistik məlumatları açıqlayıb.

Qaziler.az bildirir ki, bunu Kazinform-un müxbiri xəbər verir.

Daşqın başlayandan 76 mindən çox insan, o cümlədən 30 minə yaxını uşaq xilas edilib. Müvəqqəti yerləşdirmə mərkəzlərində 7703 nəfər var ki, onlardan 3266 nəfəri uşaqdır.

Erasıl Saypaş Mərkəzi Rabitə Xidmətində keçirilən brifinqdə bildirib ki, Fövqəladə Hallar, Müdafiə nazirlikləri və Milli Qvardiyanın təyyarələri ilə xilasetmə işləri davam etdirilir.

Xilasetmə əməliyyatlarına 16 minə yaxın insan və 3 mindən çox texnika və 6 təyyarə cəlb olunub.

 “Hazırda 7 rayonda 3412 fərdi yaşayış binası, 421 həyətyanı sahə və 1926 bağ evi su altında qalıb, bunlar Atırau, Aktobe, Akmola, Kostanay, Şərqi Qazaxıstan və Şimali Qazaxıstan vilayətləridir”, - deyə spiker əlavə edib.

QAZİLER.AZ

Diaspora