Türkiyədə 71 vilayətdə “Mercek-16” əməliyyatı: 912 silah ələ keçirilib

Türkiyədə 71 vilayətdə “Mercek-16” əməliyyatı: 912 silah ələ keçirilib backend

Türkiyənin 71 vilayətində 4 gündür qanunsuz silah gəzdirən şəxslərə və silah qaçaqmalçılarına qarşı davam edən “Mercek-16” əməliyyatlarında 959 şübhəli məsuliyyətə cəlb edilib, 912 silah ələ keçirilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bununla bağlı Türkiyə daxili işlər naziri Əli Yerlikaya "X" sosial şəbəkəsində paylaşım edib.

Yerlikaya sosial media hesabından verdiyi açıqlamada, vilayət jandarma komandanlıqları və vilayət polis idarələri tərəfindən 4 gündür 71 ildə qanunsuz silah daşıyan şəxslərə və silah qaçaqmalçılarına qarşı davam edən "Mercek-16" əməliyyatlarında 661 sənədsiz tapança, 35 boş patronlu tapança, 40 uzun lüləli tüfəng, 176 qanunsuz ov tüfəngi olmaq üzrə cəmi 912 silah ələ keçirildiyini ifadə etdi.

Əməliyyatlar zamanı 959 şübhəli barəsində tədbir görüldüyünü bildirən Yerlikaya; "Dəyərli millətimizin bilməsini istəyirəm ki, sənədsiz silah tədarük edənlərə və silah qaçaqmalçılarına qarşı mübarizəmiz sizin dualarınız və dəstəyinizlə qətiyyətlə davam edəcək", - dedi.

QAZİLER,AZ

Diaspora