Türkiyə yerli özünüidarə orqanlarına keçirilən seçkilərdə qalib gələrək Sakarya Geyve ilçəsində bələdiyyə başqanı olan Yenidən Rəfah Partiyasının namizədi Səlcuq Yılmaz maraqlı addımı ilə diqqəti özünə çəkib.
QAZILER.AZ Axar.az-a istinaden xəbər verir ki, o, namizəd olduğu dönəmdə israfçılığa son qoyulması yönündə verdiyi vədləri yerinə yetirməkdə qərarlı olduğunu açıqlayıb.
Bu məqsədlə “Mersedes” markalı son model xidməti avtomobilini satışa çıxarıb.
“Seçki öncəsi söz vermiş, israfı bitirəcəyik” demişdik”, - deyə S.Yıldız sosial şəbəkə səhifəsində yazıb.