Ərdoğan Azərbaycanla bağlı sazişi təsdiq etdi

Ərdoğan Azərbaycanla bağlı sazişi təsdiq etdi backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması məqsədilə ilkin məlumat mübadiləsini nəzərdə tutan Sazişi təsdiqləyib.

QAZILER.AZ  Axar.az-a istinaden xəbər verir ki, saziş yeni qanunvericilik və digər rəsmi elanları dərc edən Türkiyənin “Rəsmi qəzet”ində dərc olunub.

“18 avqust 2022-ci il tarixində Bakı imzalanmış əlavəli “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş”in təsdiqlənməsinə 244 saylı Qanunun 5-ci maddəsi ilə 9 saylı Prezident Sərəncamının 2-ci və 3-cü maddələrinə əsasən qərar verilmişdir”, – sənəddə qeyd olunub.

Diaspora