Rusiya Pokrovski rayonunu artilleriyadan atəşə tutdu: ölənlər və yaralananlar var

Rusiya Pokrovski rayonunu artilleriyadan atəşə tutdu: ölənlər və yaralananlar var backend

Rusiya aprelin 6-da Ukraynanın Pokrovski rayonunu artilleriyadan atəşə tutub. Nəticədə 5 nəfər həlak olub.

Qaziler.az bildirir ki, bu barədə Donetsk vilayəti prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

İdarənin məlumatına görə, aprelin 6-da ruslar Pokrovski rayonunun Kuraxovka kəndini iki dəfə atəşə tutublar. Özəl sektora atılan mərmilər nəticəsində 4 nəfər həlak olub.

Ölənlər arasında 38 yaşlı ana və onun 16 yaşlı qızı da var. 52 yaşlı kişi yaralanıb.

Rusiya Krasnoqorovka şəhərini də vurub. Nəticədə 25 yaşlı gənc həlak olub, 29 yaşlı Ukrayna vətəndaşı isə xəsarət alıb.

QAZİLER.AZ

 

Diaspora