Gürcüstan Rumıniyada NATO-nun hərbi dəniz təlimlərində iştirak edəcək.
Qaziler.az bildirir ki, Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Gürcüstan NATO-ya üzv 12 ölkə və tərəfdaşlarla birlikdə aprelin 8-21-də Rumıniyada keçiriləcək “Sea Shield 24” hərbi dəniz təlimlərində iştirak edəcək.
Dəniz təlimlərində Rumıniya və Gürcüstanla yanaşı, Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, İtaliya, Moldova, Hollandiya, Polşa, Portuqaliya, ABŞ, Türkiyə və Fransa da iştirak edəcək.
Qara dəniz və Dunay çayında keçiriləcək təlimlərə 2200-dən çox hərbi qulluqçu və 135 hərbi texnika cəlb olunacaq. Dəniz təliminin ssenarilərinə axtarış-xilasetmə əməliyyatları, qəza vəziyyətində olan gəmilərə yardım və kritik infrastrukturun mühafizəsi daxildir.
QAZİLER.AZ