İranda 4,9 bal gücündə zəlzələ baş verib

İranda 4,9 bal gücündə zəlzələ baş verib backend

İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində 4,9 bal gücündə zəlzələ baş verib.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Tehran Universitetinin Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Xuzistan əyalətinin Müşrage şəhərində olan 4,9 bal gücündə zəlzələ baş verib. Yəbii fəlakət yerli vaxtla saat 12.15-də qeydə alınıb.

Zəlzələ yerin 16 kilometr dərinliyində baş verib. Lakin hər hansı can itkisinin olub-olmadığı ilə bağlı hələlik açıqlama verilməyib.

QAZİLER.AZ

Diaspora