Kiyev vilayətində ukraynalı mikroavtobusda qanunsuz olaraq 9 maral daşıyıb. Heyvanlardan biri daşınma zamanı ölüb.
Qaziler.az xəbər ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətindən bildirilib.
Ukraynalı sərhədçilər Kiyev vilayətində heyvanların qanunsuz daşınmasını ifşa ediblər. Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının verdiyi məlumata görə, sürücünün maral daşımaq üçün heç bir sənədi və icazəsi olmayıb.
Onun sözlərinə görə, o, heyvanları Sumı vilayətindən tanıdığı iş adamının sifarişi ilə Kiyev vilayətindəki fermaya aparırmış.
Heyvanlar götürülərək müvəqqəti saxlanmaq üçün zooparka təhvil verilib. Qanunsuz daşınma zamanı tələf olan maralın meyiti ölüm səbəbinin müəyyən edilməsi üçün ekspertizaya göndərilib.
"Heyvanları daşıyan şəxs polis tərəfindən saxlanılıb", - sərhədçilər vurğulayıb.
QAZİLER.AZ