Rusiyanın Altay vilayətində polis üç il ərzində olmayan uşaqları üçün müavinət alan qadını yaxalayıb.
Qaziler.az bildirir ki, Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin bildirdiyinə görə, saxlanılan şəxs bir neçə il əvvəl Moskvadan Uqlovski rayonuna köçüb.
Qadın iki "övlad"ı üçün saxta doğum sənədləri alıb. O, sənədləri rayon əhalinin sosial müdafiəsi şöbəsinə təqdim edib. Mütəxəssislər hiylədən şübhələnməyib və qadın uşaq müavinətini almağa başlayıb.
Cinayət sxemi üç il işləyib. Bu müddət ərzində qadının aldığı ödənişlərin məbləği 500 min rublu ötüb. Rubtsovski polis idarəsinin müstəntiqi aldatma faktının üstünü açmağa müvəffəq olub.
Qadına qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb.
QAZİLER.AZ