İranda iki polis məntəqəsinə hücum edilib.
“Report” xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyalətinin qubernatorunun təhlükəsizlik üzrə müavini Əlirza Mərhəməti məlumat verib.
Onun sözlərinə görə, silahlı hücum əyalətinin Rask və Çabahar şəhərlərində baş verib.
Yerli KİV məlumat verib ki, atışma nəticəsində hüquq-mühafizə orqanlarının üç əməkdaşı həlak olub, üç terrorçu isə zərərsizləşdirilib.
Silahlı şəxslərin “Ceyş əl-Ədl” terror qruplaşmasının üzvləri olduğu bildirilir.
Hazırda hadisənin təfərrüatları araşdırılır.