Son dörd ayda SEPAH-ın Suriyada öldürülən əməkdaşları: Onlardan beşi generaldır - ADLAR

Son dörd ayda SEPAH-ın Suriyada öldürülən əməkdaşları: Onlardan beşi generaldır -  ADLAR backend

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ötən ilin dekabrından bəri Suriyada 16 əməkdaşını, o cümlədən beş generalını itirib.

Oxu.Az xatırladır ki, 2023-cü ilin dekabrın əvvəllərində İsrailin Suriyaya aviazərbələri nəticəsində SEPAH-ın iki generalı - Məhəmməd Əli Atai Şorçe və Pənah Tağızadə - həlak olmuşdu. Onlar Qüds Qüvvələrinin Suriyadakı məsləhət missiyasında xidmət edirdilər.

2023-cü il dekabrın 25-də İsrailin Dəməşqə hücumları nəticəsində SEPAH-ın daha bir əməkdaşı, İranın yüksək nüfuza malik komandirlərindən biri Seyid Razi Musəvi öldürüldü.

2024-cü ilin yanvarın 20-də İsrailin keçirdiyi digər əməliyyatla SEPAH-ın daha beş üzvü həlak olub.

Həmin vaxt Qüds qoşununun kəşfiyyat xidmətinin komandiri general Yusif Ümidzadə və daha dörd zabiti Dəməşqin qərbində yerləşən Mezze məhəlləsinə endirilən raket zərbələri nəticəsində öldürüldü.

Qeyd edək ki, İsrailin aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna endirdiyi aviazərbələr nəticəsində ikisi general olmaqla SEPAH-ın yeddi əməkdaşının həyatına son qoyulub.

Ölən generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi olub.

Diaspora