İranlı komandir "İsrailə tezliklə ölümcül zərbələr vurulacağını" iddia edir

İranlı komandir "İsrailə tezliklə ölümcül zərbələr vurulacağını" iddia edir backend

İran İnqilab Keşikçiləri Ordusunun sözçüsü, briqada generalı Ramazan Şərif “tezliklə İsrailə ölümcül zərbələr endirəcəklərini” iddia edib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İran dövlət televiziyasının məlumatına görə, briqada generalı Şərif paytaxt Tehranda keçirdiyi mətbuat konfransında İranın Dəməşqdəki konsulluq binasına edilən hücuma toxunub.

İsrailin son məğlubiyyətlərinə görə İnqilab Keşikçiləri Ordusu komandirlərindən qisas almağa çalışdığını deyən Şərif əlavə edib: “Onlar heç nə edə bilməyəcəklər və bu hərəkətlərlə mühafizəçilərimizin motivasiyası ikiqat artacaq və inşallah tezliklə sionist rejimə daha ölümcül zərbələrin şahidi olacaqsınız”, - dedi.

İsrail aprelin 1-də İranın Dəməşqdəki səfirliyinin şəhərciyindəki konsulluq binasına hava hücumu həyata keçirib. Hücum zamanı İran İnqilab Keşikçiləri Ordusundan 2-si general olmaqla, ümumilikdə 7 nəfər həlak olub.

İran hücuma tezliklə cavab verəcəyini açıqlayıb və hadisəyə görə ABŞ-ı qınayıb.

QAZİLER.AZ

Diaspora