Erməni deputat: Rusiyanın hərbi bazası lazım olan anda ölkəmizə dəstək verməyib

Erməni deputat: Rusiyanın hərbi bazası lazım olan anda ölkəmizə dəstək verməyib backend

“Rusiyanın 102-ci bazası lazım olan anda ölkəmizə heç bir şəkildə dəstək verməyib”.

APA-nın məlumatına görə, bunu Ermənistanın “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Armen Xaçatryan bildirib.

O həmçinin qeyd edib ki, Ermənistanda heç vaxt indiki qədər subyektiv yanaşma sərgilənməyib:

“İstənilən halda ölkəmizdə hərbi baza mövcuddur. Onun bizə lazım olub-olmaması Ermənistanın təhlükəsizlik sistemi yeniləndikdən sonra aydın olacaq. Bir daha təkrar edirəm ki, haqqında danışdığım baza ölkəmizə heç bir şəkildə dəstək verməyib. Əksinə, bir qədər əvvələ kimi bizim hansı addımları atacağımıza Mariya Zaxarovanın ölkəsində qərar verilirdi”.

Diaspora