Malatyada 4,5 bal gücündə zəlzələ baş verib

Malatyada 4,5 bal gücündə zəlzələ baş verib backend

Türkiyənin Malatya bölgəsində Doğanşehir rayonunda 4,5 bal gücündə zəlzələ olub.

AFAD-ın saytında yer alan məlumata görə, saat 10.48-də Malatyanın Doğanşehir rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, zəlzələ yerin təxminən 13,9 kilometr dərinliyində baş verib.

Zəlzələdən sonra bəzi vətəndaşların evlərini və iş yerlərini tərk edərək açıq ərazilərə getdiyi görülüb.

AFAD-dan verilən açıqlamada: "Malatya vilayətinin Doğanşehir mahalında saat 10.48-də baş verən 4,5 bal gücündə zəlzələdən sonra indiyə qədər heç bir neqativ hal yoxdur. Araşdırmaları davam edir. Zərər çəkən vətəndaşlarımıza "keçmiş olsun" diləklərimizi çatdırırıq".

QAZİLER.AZ

Diaspora