Moskva yaxınlığındakı “Krokus Siti Holl”da törədilən terror aktı üzrə təqsirləndirilən şəxs Dilovar İslamov həbsindən apellyasiya şikayəti verib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu, Moskvanın Basmannı Rayon Məhkəməsinin kartotekasının yenilənmiş məlumatlarında deyilir.
“İşin kateqoriyası: həbs növündə qətimkan tədbirinin seçilməsi haqqında (Rusiya Federasiyası Cinayət Prosessual Məcəlləsinin 29-cu maddəsinin 2-ci hissəsinin 1-ci bəndi; Rusiya Federasiyası Cinayət Prosessual Məcəlləsinin 108-ci maddəsi). Mövcud vəziyyət: 04.03.2024-cü il tarixdə müraciət edilib”, - Moskva ümumi yurisdiksiya məhkəmələrinin portalında deyilir.
Bundan əvvəl Dilovarın atası və qardaşı İsrail və Aminçon İslamovlar, habelə hücumçuları terror aktı törətməyə hazırlaşdıqları Putilkovoda mənzillə təmin etmiş Əlişir Kasımov həbsdən apelyasiya şikayəti verib.
QAZİLER.AZ