Ukrayna sərhədçiləri cənub istiqamətində Rusiya texnikasını məhv etmək üçün pilotsuz təyyarədən istifadə ediblər.
Qaziler.az bildirir ki, bu barədə Cənub Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.
Departamentdən bildirilib ki, Dövlət Sərhəd Xidmətinin “döyüş quşları”nın pilotları FPV pilotsuz uçuş aparatlarından istifadə etməklə mütəmadi olaraq Ukraynanın cənubunda işğalçılara zərbələr endirirlər.
Bu dəfə Rusiya hərbçiləri piyadaların döyüş maşınını kamuflyaj etməyə çalışsalar da, Ukrayna sərhədçiləri onu aşkar edib məhv edə biliblər.
QAZİLER.AZ