Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Mehmet Palaza partiyanın qələbəsini qeyd edərkən, eyvanın çökməsi nəticəsində həlak olub.
Qaziler.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.
Hadisə Dənizli vilayətinin Tavas rayonunda baş verib.
İHA agentliyi aydınlıq gətirir ki, partiyanın seçkilərdəki uğurunu tərəfdarların izdihamı qarşısında qeyd edərkən eyvan qəfildən uçub. Palazla birlikdə daha 8 nəfər xəstəxanaya yerləşdirilsə də, məmuru xilas etmək mümkün olmayıb.
Saytların 99,9%-nin hesablamalarının nəticələrinə əsasən, CHP 35 şəhər üzrə liderlik edir.
QAZİLER.AZ