Moskvada Kursk dəmiryol vağzalının ərazisində insanlar təxliyyə olunub.
Qaziler.az bildirir ki, bu barədə Moskva Dəmiryolunun Telegram kanalında məlumat verilib.
“Moskvanın Kurski dəmir yolu vağzalında hüquq-mühafizə orqanlarının işi zamanı sərnişinlərə məlumat verilib. Onların hamısı stansiya ərazisindən çıxarılıb”, - məlumatda deyilir.
Eyni zamanda, polisin işinə və sərnişinlərin təxliyyəsinə baxmayaraq, qatarlar adi qrafikə uyğun olaraq fəaliyyətini davam etdirib.
QAZİLER.AZ